Erməni politoloq Paşinyanı ittiham etdi: “Müharibənin səbəbkarı odur”

Erməni politoloq Paşinyanı ittiham etdi:  “Müharibənin səbəbkarı odur”
  10 Aprel 2021    Oxunub:3898
Erməni politoloq Benyamin Matevosyan insanların "hərbi əsirlər" məsələsində baş nazir Nikol Paşinyanın əvəzinə müdafiə naziri Vaqarşak Arutyunyana təzyiq göstərməsini anlamadığını deyib.
Azvision.az xəbər verir ki, Matevosyan ortaya bir sıra suallar qoyaraq, cəmiyyətə ölkənin bərbad vəziyyətə gəlməsinə səbəb olan müharibənin səbəbkarının Paşinyan olduğunu xatırladıb:

"Qarabağ Ermənistandır və nöqtə"ni kim bəyan etdi? Kim dedi ki, danışıqlar “sıfır nöqtə”sindən başlayır? ATƏT-in Minsk Qrupu həmsədrlərinin fikrinə hörmət etməyən və "rəsmi Stepanakert"in (Xankəndi -red) də İrəvan və Bakı ilə birlikdə danışıqlar masasına oturmasını tələb edən kim idi?".

Politoloq, həmçinin 2020-ci ilin iyul döyüşlərini Paşinyanın bir mövqeyi ələ keçirmək üçün başlatdığını vurğulayıb.

"19 oktyabrda ortada təklif olmasına baxmayaraq, müharibəni kim dayandırmadı? Putini saxtalaşdırmada kim günahlandırır? Kimin mətbuat katibi 8 apreldə təyyarənin məhbuslarla birlikdə İrəvana gəlməsini söylədi?

Bütün bunları Paşinyan etdi. Buna görə də Müdafiə Nazirliyinin binasının niyə bloklandığını anlamıram. Müdafiə Nazirliyinin əməkdaşlarının təxliyə olunduğu helikopterdə Vaqarşak Arutyunyan üçün kifayət qədər yer olmaya bilər... Ondan nə tələb oluna bilər və ya nə gözlənilir axı?".

Xatırladaq ki, müharibədə itkin düşmüş erməni hərbçilərin yaxınları bir neçə gündür Ermənistan Müdafiə Nazirliyinin binasını bloklayıblar. Giriş-çıxış bağlı olduğundan nazirliyin işçiləri nəqliyyat vasitəsi kimi helikopterlərdən istifadə edirlər.

Tural Tağıyev
Azvision.az


Teqlər: Paşinyan   Erməni-politoloq  





Xəbər lenti