Martda 75 minə yaxın erməni ölkəsini tərk edib

 Martda 75 minə yaxın erməni ölkəsini tərk edib
  10 Aprel 2021    Oxunub:2653
Ermənistan İkinci Qarabağ müharibəsindən sonra dərin sosial böhranla üzləşib.
Azvision.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Qeyd edilir ki, ölkədə iqtisadi çətinliklər müharibənin gətirdiyi böhranla daha da dərinləşib. Bu səbəbdən hər ay ölkəni tərk edənlərin sayı artır:

"Ermənistanı mart ayında 74 197 nəfər tərk edib. Ölkəyə gələnlərin sayı isə 42 283 nəfərdir. "Şirak" da daxil olmaqla "Zvartnots" hava limanlarından istifadə edərək ölkədən gedən sərnişinlərin böyük əksəriyyəti Ermənistan vətəndaşlarıdır. Mart ayında ölkədən gedənlərlə gələnlər arasındakı fərq 31 914 nəfər olub. Bu isə pandemiya dövründə normal hal sayılmır"-, deyə məlumatda bildirilib.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti