“Təhdidlərə qarşı birgə mübarizə aparmalıyıq” - Fəxrəddin Altun

  10 Aprel 2021    Oxunub : 1592
 “Təhdidlərə qarşı birgə mübarizə aparmalıyıq” -    Fəxrəddin Altun
"Türkiyə 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında oldu, eyni zamanda media sahəsində əlindən gələni etdi. Biz əl-ələ verəcəyimiz halda, aşa bilməyəcəyimiz maneə olmadığını gördük".
Azvision.az xəbər verir ki, bunu Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında çıxış edən Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.

Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycam arasında yaradılmış media platforması önəmli bir nümunə təşkil edir:

“Biz türkdilli dövlətlər bu plaftomanı genişləndirməli, daha da gücləndirməli və təhdidlərə qarşı birgə mübarizə aparmalıyıq”, - deyə F.Altun bildirib.

Azvision.az

Teqlər: Türkiyə   Fəxrəddin-Altun