Parisdə ziyafətə yığışan 110-dan çox şəxs cərimələndi

  10 Aprel 2021    Oxunub : 1643
Parisdə ziyafətə yığışan 110-dan çox şəxs cərimələndi
Parisdə qanunsuz keçirilən ziyafətdə iştirak edən 110-dan çox şəxs cərimələnib.
Azvision.az xəbər verir ki, bu barədə şəhər polisinin Tvitter hesabında məlumat paylaşılıb.

Onlar karantin məhdudiyyətlərini pozduqları, komendant saatına əməl etmədikləri üçün cərimələniblər. Məlumata görə, tədbirin təşkilatçısı və obyektin meneceri tutulub.

Hökumətin qərarı ilə koronavirus epidemiyası səbəbindən oktyabr ayının sonundan bəri Fransada bar, kafe və restoranlar bağlı qalır. Fransada karantin məhdudiyyətlərinin pozulmasına və maskadan istifadə etməməyə görə cərimə 135 avrodur.

Məclis təşkilatçılarını isə bir ilə qədər həbs və ya 15 min avro cərimə gözləyir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Karantin