Hikmət Hacıyev Macarıstanın dövlət katibi ilə görüşdü

Hikmət Hacıyev Macarıstanın dövlət katibi ilə görüşdü
  10 Aprel 2021    Oxunub:3902
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin üçüncü toplantısında iştirak etmək üçün Bakıda səfərdə olan Macarıstanın Təhlükəsizlik siyasəti üzrə dövlət katibi Peter Ştarayla görüşüb.
Azvision.az xəbər verir ki, görüşdə Azərbaycan-Macarıstan ikitərəfli əlaqələri, Türk Şurası çərçivəsində əməkdaşlıq məsələləri və inkişaf perspektivləri müzakirə olunub.

Ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri qeyd olunaraq ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi üçün geniş potensialın olduğu vurğulanıb.

Azvision.az


Teqlər: Hikmət-Hacıyev   Macarıstan  





Xəbər lenti