Paşinyanın qızı seçkilərə qatılır

 Paşinyanın qızı seçkilərə qatılır
  10 Aprel 2021    Oxunub:2584
Ermənistanın baş naziri Nikol Paşinyanın böyük qızı Məryəm Paşinyanın erkən parlament seçkilərində iştirakı gözlənilir.
Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri yazıb.

Məlumata görə, M.Paşinyan atasının rəhbərlik edəcəyi siyahı ilə seçkilərə qatılacaq. Erməni mətbuatı bu səbəbdən siyahının olduqca gizli saxlandığını bildirir.

Qeyd edilib ki, hakim fraksiyanın üzvləri arasında səs-küy yaratmamaq üçün hələ ki, bu məsələ sirr olaraq saxlanılır. Lakin, ailəyə yaxın olan siyasətçilərdə artıq bu barədə məlumat var.

Paşinyanın müavini Tiqran Avinyana və hökumət aparatının rəhbəri Arsen Torosyana "Mənim addımım" fraksiyasının yeni siyahısına daxil edilməyəcək deputatlar barədə kompromatlar hazırlamaq barədə tapşırıq verdiyi deyilir.

Həmçinin vurğulanıb ki, Paşinyanın həyat yoldaşı Anna Akaopyan və qızı Məryəm hər zaman dövlət işlərinə, xüsusilə də kadr siyasətinə müdaxilə edirlər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MəryəmPaşinyan  





Xəbər lenti