Hikmət Hacıyev Fahrettin Altunla görüşüb

   Hikmət Hacıyev Fahrettin Altunla görüşüb
  10 Aprel 2021    Oxunub:2532
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun arasında görüş keçirilib.
Azvision.az xəbər verir ki, görüş zamanı H.Hacıyev Vətən müharibəsində Türkiyənin Azərbaycanın yanında olduğunu bildirib.

O, həmçinin qeyd edib ki, 44 günlük müharibə zamanı qardaş ölkənin media orqanları Azərbaycanın haqq səsini dünyaya çatdırmaq istiqamətində böyük işlər görüb:

“Biz Türkiyəyə Azərbaycana media sahəsində göstərdiyi dəstəyə görə təşəkkür edir və bunu yüksək qiymətləndiririk”.

Azvision.az



Teqlər: Hikmet-Hacıyev   Türkiyə  





Xəbər lenti