Şuşada keçiriləcək festivala hazırlıq gedir

Şuşada keçiriləcək festivala hazırlıq gedir
  10 Aprel 2021    Oxunub:2131
Şuşada keçirilməsi nəzərdə tutulan Beynəlxalq Kulinariya Festivalı ilə bağlı hazırlıq işləri gedir. Lakin festivalın keçiriləcəyi dəqiq tarixi COVID-19 pandemiyasına görə demək mümkün deyil.
Bu barədə  Azvision.az -a açıqlamasında Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru Tahir Əmiraslanov bildirib. Onun sözlərinə görə, festivalın yayda keçirilməsi planlaşdırılırdı.

"Festivalın vaxtını 10-15 avqust tarixləri üçün qeyd etmişdik. Lakin bütün dünyada koronavirus tüğyan edir, eləcə də ölkəmizdə yoluxanların sayı çoxdur. Həmin dövrə qədər vəziyyətin necə olacağını bilmirik. Xarici ölkələrdən, o cümlədən, daxildən müraciətlər çoxdur. Artıq 19 ölkədən telefonla müraciət edərək iştirak etmək istədiklərini qeyd ediblər. Ancaq onların viza alması, sərhədlərin açıq olması məsələsi də var".

T.Əmiraslanov festivalın keçirilmə tarixinin dəyişdirilə biləcəyini istisna etmir.

"Qarabağ bölgəsinin rayonları, sərhəd rayonlar və digər rayonlar da orada iştirak edəcək. Festivala gələn qonaqların yataq, yemək məsələsi həll olunmalıdır. Bunların üzərində iş gedir. Ona görə hələ bir söz demək çətindir".

Aytən Zəhra
Azvision.az


Teqlər: Şuşa   Festival  





Xəbər lenti