Erməni politoloq Şuşa döyüşlərindən yeni görüntülər yaydı - VİDEO

  10 Aprel 2021    Oxunub : 7366
 Erməni politoloq Şuşa döyüşlərindən yeni görüntülər yaydı -  VİDEO
Erməni politoloq Edqar Elbakyan Şuşa döyüşləri zamanı lentə alınan yeni videogörüntülər yayıb.
Azvision.az xəbər verir ki, Elbakyan kadrların şəhərin daxilində üzbəüz döyüşlər zamanı çəkildiyini bildirib.

"Hiyləgər kapitulyator (Baş nazir Nikol Paşinyan-red) yalan danışaraq hamını aldadıb deyəndə ki, Şuşa şəhəri uğrunda döyüşlər davam edir, o vaxt döyüşlər artıq çoxdan bitmişdi. Bu kadrlar isə kapitulyasiya aktına bir neçə gün qalmış Şuşanın mərkəzində çəkilib. Anladığım qədəri ilə kadrlara düşən yer Qazançı kilsəsinin qarşısındakı ərazidir",- erməni politoloq vurğulayıb.

Sosial mediada videogörüntülərə şərh verən ermənilər videonun 6 noyabrda şəhərə daxil olmuş mobil qrupların apardığı məhəllə döyüşlərinə aid olduğunu yazırlar.



Tural Tağıyev
Azvision.az

Teqlər: Qazançı   Şuşa   Döyüş