Erkan Özoral “Dostluq” ordeni ilə təltif edildi - FOTO

 Erkan Özoral “Dostluq” ordeni ilə təltif edildi -  FOTO
  10 Aprel 2021    Oxunub:3000
Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, Sərəncama əsasən, Erkan Özoral Azərbaycan ilə Türkiyə arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə “Dostluq” ordeninə layiq görülüb.

Diplomata ordeni Azərbaycan Prezidenti İlham Əliyev təqdim edib.




Azvision.az


Teqlər: Türkiyə   Səfir  





Xəbər lenti