Erməni məmur Rüstəm Muradovu ölümlə hədələdi

  10 Aprel 2021    Oxunub : 3819
 Erməni məmur Rüstəm Muradovu ölümlə hədələdi
Ermənistanın Avan rayonu merinin müavini Nerses Poqosyan Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradovu ölümlə hədələyib.
Azvision.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Qeyd edilir ki, Poqosyan Muradova səslənərək "Mənim əsgərlərimin qanı ilə oynadığın üçün sən öz həyatınla cavab verəcəksən, əqrəb kimi öləcəksiniz" deyib.

Xatırladaq ki, iki gün öncə Ermənistanda "hərbi əsirlər"in İrəvana qaytarılması ilə bağlı ajiotaj yaranmışdı. Hətta xeyli sayda insan onları qarşılamaq üçün aeroporta toplaşmışdı. Bu məsələyə reaksiya verən Rüstəm Muradov Ermənistan hakimiyyətini təxribatda ittiham edib.

"Erməni hərbi əsirlərin Bakıdan gətiriləcəyi barədə xəbərlər təxribat idi",- deyən rusiyalı general bildirib ki, "əsirlərin" qaytarılması ilə bağlı heç nə planlaşdırılmamışdı və bu, Bakıya işgüzar səfər idi.

Tural Tağıyev
Azvision.az

Teqlər: Ermənistan   Məmur   Rüstəm-Muradov