Avropa çempionatı: Daha üç idmançımız mübarizəyə qoşulur

   Avropa çempionatı:    Daha üç idmançımız mübarizəyə qoşulur
  10 Aprel 2021    Oxunub:1808
Avropa çempionatının üçüncü yarış günü daha üç taekvondoçumuz yarışa qatılacaq.
Azvision.az xəbər verir ki, qadın idmançımız Fəridə Əzizova (67 kq) Natalia İuliyeva (Belarus) və Elin Johansson (İsveç) cütünün qalibi ilə görüşəcək. Kişilərdən Ayxan Tağızadənin (74 kq) ilk rəqibi Atman Bouthouyak (Fransa) olacaq. Digər təmsilçimiz Milad Beigi Hərçəqani (80 kq) isə David Simek (Çexiya) və Oleksandr Filippov (İsrail) cütünün qalibi ilə qarşılaşacaq.

Komandamız turnirdə 11 idmançı ilə təmsil olunur. Yarışa aprelin 11-də yekun vurulacaq.

Azvision.az


Teqlər: Avropaçempionatı  





Xəbər lenti