Masallı sakini evdə yanaraq öldü

Masallı sakini evdə yanaraq öldü
  01 Mart 2014    Oxunub:1199
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Masallı rayonu, Şərəfə kəndində (rayon mərkəzindən 9 km aralı) 1938-ci il təvəllüdlü Hümbətov Naib Məhəmməd oğluna məxsus ümumi sahəsi 150 kv.m olan kürsülü birmərtəbəli 5 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 75 kv.m sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı yataq xəstəsi olan N.Hümbətovun meyiti aşkar oluub. Evin qalan hissəsi yanğından mühafizə olunub.


Yanğın saat 22:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti