“Ermənistan rəsmiləri təxribat törədir” - Rüstəm Muradov

  09 Aprel 2021    Oxunub : 6084
 “Ermənistan rəsmiləri təxribat törədir” - Rüstəm Muradov
"Erməni hərbi əsirlərin Bakıdan gətiriləcəyi barədə xəbərlər təxribat idi".
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradov “Hraparak”a müsahibəsində bildirib.

Jurnalistin "Ermənistan rəsmiləri niyə hərbi əsirlərin mübadiləsinin olacağını bəyan edib" sualına cavabında Rüstəm Muradov deyib:

"Yalan və təxribatdır. Onlardan soruşun. Əhalini aldadırlar. Əsirlərin qaytarılması ilə bağlı heç nə planlaşdırılmamışdı və bu, Bakıya işgüzar səfər idi".

Azvision.az

Teqlər: Ermənistan   Sülhməramlı