Balakəndə ağır yol qəzası: ölən və yaralılar var

Balakəndə ağır yol qəzası: ölən və yaralılar var
  28 Fevral 2014    Oxunub:2721
Balakən rayonunda baş verən iki yol qəzasında bir nəfər ölüb, dörd nəfər isə ağır xəsarət alıb.
Apa-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hər iki yol qəzası bu gün günorta saatlarında Balakən rayon ərazisində qeydə alınıb. Birinci yol qəzası rayonun Tülü kənd ərazisində baş verib. 1988-ci il təvəllüdlü, Balakən rayon Qullar kənd sakini Qarayev Rəşid Məhəmməd oğlunun idarə etdiyi “VAZ 2106” markalı, 08 BF 772 dövlət nömrə nişanlı avtomobillə “KamAZ” markalı, 04 BH 225 dövlət nömrə nişanlı avtomobil toqquşub. Qəza nəticəsində “VAZ 2106” markalı avtomobilin sürücüsü Rəşid Qarayev və onun avtomobilində olan sərnişin, 1996-cı il təvəllüdlü, Balakən rayonu Hənifə kənd sakini Xəlilov Ənvər Akif oğlu aldıqları müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Balakən Mərkəzi rayon Xəstəxanasına (MRX) yerləşdiriliblər.

Balakən MRX-dan verilən məlumata görə, qəza nəticəsində xəsarət alan Ənvər Xəlilovun xəsarətləri ağır olduğundan o, xəstəxanada dünyasını dəyişib. Digər yaralı Rəşad Qarayevin vəziyyəti ağır hesab edilir. Müalicəsi xəstəxanada davam etdirilir. Qeyd edək ki, qəza nəticəsində ölən Ənvər Xəlilov hərbi çağırışçı olub.

Üç nəfərin yaralanması ilə nəticələnən digər yol qəzası isə rayonun Talalar kəndi ərazisində baş verib. Bu yol qəzasında “VAZ 2106” markalı 08 BD 832 dövlət nömrə nişanlı avtomobillə “Mercedes” markalı, 99 EB 985 dövlət nömrə nişanlı avtomobil toqquşub. Qəza nəticəsində xəsarət alanlar - 1963-cü il təvəllüdlü Balakən rayonunun Talalar kənd sakini İmanov Sabruddin Abid oğlu, 1936-cı il təvəllüdlü Balakən rayon sakini İmanov Bəşir qurban oğlu və 1988-ci il təvəllüdlü, Balakən rayonu Yeni Şərif kənd sakini Yüzbaşov Tural Cəbrayıl oğlu ağır bədən xəsarətləri ilə Balakən MRX-a yerləşdiriliblər.

Balakən MRX-dan verilən məlumata görə, qəza nəticəsində xəsarət alan 78 yaşlı Bəşir İmanovun vəziyyəti ağır hesab olunur. Digər yaralılar Sabruddin İmanovun və Tural Yüzbaşovun vəziyyəti orta-ağırdır.

Qeyd edək ki, Tural Yüzbaşov Zaqatala Sərhəd Dəstəsinin Balakən rayon zastavasının zabitidir.

Hər iki faktla bağlı Balakən rayon Polis Şöbəsində cinayət işi başlayıb, araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti