Britaniyanın COVID-19 statistikası açıqlandı

Britaniyanın COVID-19 statistikası açıqlandı
  08 Aprel 2021    Oxunub:1379
Böyük Britaniyada son sutka ərzində 2763 nəfər koronavirus infeksiyasına yoluxub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Ölkə üzrə koronavirusa yoluxanların sayı 4 367 291 nəfərə çatıb.

Ötən 24 saatda daha 45 pasiyent dünyasını dəyişib. COVID-19 qurbanlarının ümumi sayı 126 927 nəfərdir.

Azvision.az


Teqlər: Britaniya   Koronavirus  





Xəbər lenti