Jurnalistlər Zəngilandakı Əhəng dağında olublar

 Jurnalistlər Zəngilandakı Əhəng dağında olublar
  08 Aprel 2021    Oxunub:2093
Media nümayəndələri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə işğaldan azad edilmiş Zəngilan rayonuna səfər çərçivəsində Əhəng dağında olublar.
Azvision.az xəbər verir ki, jurnalistlər orada ermənilərin törətdikləri ekoloji vandalizmin şahidi olublar.

ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəsmisi Şahin Ataşov bildirib ki, Zəngilan rayonu ərazisində ümumilikdə 11 faydalı qazıntı yatağı qeydiyyata alınıb:

"Hazırda dayandığımız sahə Oxçuçay üzlük daşı yatağının Alabaşlı sahəsidir. Yatağın ümumi ehtiyatı 6618 min kubmetrdir".

Ş.Ataşov qeyd edib ki, işğal zamanı yatağın Alabaşlı sahəsində istismar işləri aparılıb:

"Yataqda düşmən tərəfindən aparılan istismarın həcmini və dəymiş zərərin müəyyənləşdirilməsi üçün geoloji təftiş işlərinin aparılmasına ehtiyac var. Yatağın ehtiyatı üzlük daşı və çınqıl xammalı kimi öyrənilib".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Zəngilan   ETSN  





Xəbər lenti