Putinlə Paşinyanın görüşü başladı

  07 Aprel 2021    Oxunub : 1469
 Putinlə Paşinyanın görüşü başladı
Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.
Azvision.az xəbər verir ki, bu barədə Paşinyanın mətbuat katibi Mane Qevorqyan "Facebook" hesabında yazıb.

"Baş nazir Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında görüş başladı", - mətbuat katibi bildirib.

Bundan əvvəl danışıqlar zamanı ikitərəfli gündəliyin əsas məsələləri ilə yanaşı Qarabağa dair razılaşmaların həyata keçirilməsinin də müzakirə ediləcəyi qeyd olunub.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: NikolPaşinyan