“Azəriqaz” əməkdaşlarının vaksinasiyasına başlanılıb

“Azəriqaz” əməkdaşlarının vaksinasiyasına başlanılıb
  07 Aprel 2021    Oxunub:1775
Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşlarının koronavirus infeksiyasına qarşı vaksinasiyasına başlanılıb.
Azvision.az -ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, birliyin əməkdaşlarının işdən ayrılmadan daha rahat şəkildə peyvəndlənməyə cəlb edilməsi üçün hər cür şərait yaradılıb. Yaxın 4-5 gün ərzində “Azəriqaz” İB-nin yaşı 40-dan yuxarı olan 1 045 əməkdaşına peyvənd vurulacaq. Gündəlik 200-dən artıq işçinin bu prosesə qatılacağı gözlənilir.

Qeyd edək ki, qurumun əməkdaşlarının vaksinasiyası könüllü formada həyata keçirilir. “Azəriqaz” İB-nin qəza xidməti, müştəri xidməti və digər bir neçə sahə üzrə işçiləri abonentlərlə ayrı-ayrı vaxtlarda ünsiyyətdə olur. Onlar risk qrupuna aid edilir. Bu baxımdan, Birlik öz işçilərinin “COVID-19” əleyhinə vaksinasiyasının aktiv şəkildə aparılmasında maraqlıdır.

Azvision.az


Teqlər: Azəriqaz  





Xəbər lenti