Xocavənd yolunun tikintisinə 13,6 milyon manat ayrıldı

Xocavənd yolunun tikintisinə 13,6 milyon manat ayrıldı
  07 Aprel 2021    Oxunub:3416
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də “Ağcabədi rayonunun Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (109 km)–Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, Sərəncama əsasən, 14 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (109 km)–Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.9-cu yarımbəndində göstərilmiş 13,6 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev   Sərəncam  





Xəbər lenti