Paşinyanın istefasını tələb edən qadınlar saxlanıldı

Paşinyanın istefasını tələb edən qadınlar saxlanıldı
  07 Aprel 2021    Oxunub:1914
İrəvandakı Respublika meydanında qadınların keçirdiyi etiraz aksiyası zamanı polis 15 nəfəri saxlayıb.

Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hökumət binası yaxınlığında keçirilən aksiyanı “VETO” hərəkatı təşkil edib. Onlar baş nazir Nikol Paşinyanın istefasını tələb ediblər.
Etirazçılardan biri Aleksandra Arutyunyan polislə toqquşma nəticəsində ayağından xəsarət alıb. Buna baxmayaraq, o, polis tərəfindən saxlanılıb.

Saxlanılanlar arasında 44 günlük müharibədə məhv edilmiş erməni kapitan İşxan Petrosyanın qızı, hərbçi Qevork Virabyanın bacısı da var.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İrəvan   Etiraz   Aksiya  





Xəbər lenti