Gürcüstanda yenidən zəlzələ olub

Gürcüstanda yenidən zəlzələ olub
  07 Aprel 2021    Oxunub:1374
Aprelin 7-də yerli vaxtla saat 13:02-də Gürcüstanda zəlzələ olub.
Azvision.az xəbər verir ki, bu barədə Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar Gürcüstanın qərbində, Raça-Leçxumi və Aşağı Svaneti bölgəsinin Oni rayonu ərazisində 3,2 bal gücündə olub.

Qeyd olunur ki, bu son iki ayda həmin bölgədə qeydə alınan üçüncü zəlzələdir.

Azvision.az



Teqlər: Gürcüstan   Zəlzələ  





Xəbər lenti