Paşinyanın Rusiyaya səfəri başlayıb

 Paşinyanın Rusiyaya səfəri başlayıb
  07 Aprel 2021    Oxunub:2299
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın paytaxtı Moskva şəhərində işgüzar səfərdədir.
Azvision.az xəbər verir ki, bu barədə Paşinyanın mətbuat katibi Mane Qevorqyan “Facebook”da bildirib.

Qeyd olunub ki, Ermənistan hökumətinin başçısı Rusiya prezidenti Vladimir Putin ilə ikitərəfli münasibətlərin gündəliyindəki əsas məsələləri, xüsusən ticarət-iqtisadi əlaqələr, enerji, təhlükəsizlik, strateji investisiyalar və səhiyyə məsələlərini müzakirə edəcək.

Gündəliyə, həmçinin 10 noyabrda Qarabağla bağlı üçtərəfli bəyanatın müddəalarının həyata keçirilməsi, icrası prosesi və humanitar məsələlər ilə bağlı məsələlər də daxil edilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti