Şeyx Ağdam Cümə məscidində namaz qıldı

 Şeyx Ağdam Cümə məscidində namaz qıldı
  07 Aprel 2021    Oxunub:2162
Ağdamda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, şeyxülislam Allahşükür Paşazadə və dini konfessiyaların rəhbərləri Cümə məscidini ziyarət ediblər.

Azvision.az xəbər verir ki, din xadimləri məsciddə namaz qılıblar.
Qeyd edək ki, səfərdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Azərbaycandakı Roma Katolik İcmasının rəhbəri Vladimir Fekete və Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili iştirak edirlər.

Azvision.az


Teqlər: Ağdam   Məscid  





Xəbər lenti