“Azeri Light” 63 dollara qədər bahalaşıb

  07 Aprel 2021    Oxunub : 863
“Azeri Light” 63 dollara qədər bahalaşıb
Dünya birjalarında neft qiymətləri bahalaşır.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,02 dollar artaraq 62,75 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,03 dollar bahalaşaraq 59,35 dollar olub.

“Azeri Light” markalı Azərbaycan neftinin bir barrelinin qiyməti 0,45 dollar artaraq 62,98 dollar təşkil edib.

Azvision.az

Teqlər: Neft