ÜST rəhbəri İlham Əliyevə təşəkkür edib

ÜST rəhbəri İlham Əliyevə təşəkkür edib
  07 Aprel 2021    Oxunub:2516
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
Azvision.az xəbər verir ki, bu barədə Qebreyesus "Twitter" hesabında yazıb.

"Prezident Əliyev, Sizə BMT-nin İnsan Hüquqları Şurasında COVID-19 peyvəndlərinə ədalətli, əlverişli, vaxtında və universal şəkildə çıxışın əldə olunması çağırışındakı liderliyinizə görə təşəkkür edirəm. Vaksinlərin ədalətli paylanmasını təmin etmək üçün daha çox iş görməli olduğumuzla razıyam. Peyvənd və sağlamlıq təminatı üçün birlikdə!", - deyə ÜST-ün Baş direktoru qeyd edib.



Qeyd edək ki, aprelin 6-da Ümumdünya Səhiyyə Təşkilatının İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil qərargahında təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesusun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videomüraciəti təqdim olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ÜST   Prezident  





Xəbər lenti