Vaksinasiya avronu bahalaşdırır

Vaksinasiya avronu bahalaşdırır
  07 Aprel 2021    Oxunub:1398
Böyük Britaniya və eləcə də Avropa Birliyi ölkələrində müşahidə edilən iqtisadi bərpa fonunda avro və əksər səbət valyutalar dollara nisbətən möhkəmlənib.
Azvision.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, dollar dünənki birjada avroya nisbətən 0.4 faiz dəyər itirib.

"Avropada intensivləşən vaksinasiya prosesi avronun xeyirinə işləyib. Bununla belə, hələlik dolların səbət valyutalara nisbətən ciddi dəyər itirməsi proqnozlaşdırılmır. Aparıcı valyutalara nisbətən dəyər itirən dollar inkişaf etməkdə olan ölkələrin valyutaları ilə müqayisədə güclü mövqeyini qoruyub saxlayıb. Əksər region ölkələrində ABŞ pulunun milli valyutalara təzyiqi qalmaqdadır".

Deputat qeyd edib ki, aparıcı valyutalara nisbətən ABŞ pulunun zəifləməsi, manatın dollara nisbətən möhkəmlənəcəyi anlamına gəlməməlidir.

Azvision.az


Teqlər: Dollar   Manat   Məzənnə  





Xəbər lenti