Dini icma rəhbərləri Ağdamda səfərdədir

 Dini icma rəhbərləri Ağdamda səfərdədir
  07 Aprel 2021    Oxunub:2170
Azərbaycandakı dini konfessiyaların rəhbərlərinin Ağdama səfəri başlayıb.
Azvision.az xəbər verir ki, səfərdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Azərbaycandakı Roma Katolik İcmasının rəhbəri Vladimir Fekete və Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili iştirak edirlər.

Dini icma rəhbərləri Ağdamdan əvvəl Bərdə şəhərində yerləşən Şəhidlər Xiyabanını və Cümə məscidini ziyarət ediblər.

Hazırda səfər davam edir.

Azvision.az


Teqlər: Ağdam  





Xəbər lenti