BVF qlobal iqtisadi artım proqnozunu yüksəldib

BVF qlobal iqtisadi artım proqnozunu yüksəldib
  06 Aprel 2021    Oxunub:1930
Beynəlxalq Valyuta Fondu (IMF) cari ilə dair qlobal iqtisadi artım proqnozunu yüksəldib.
Azvision.az fonda istinadla xəbər verir ki, IMF bu il üzrə qlobal iqtisadi artımın 6,6 faiz olacağını nəzərdə tutur. Fondun əvvəlki proqnozu 5 faiz artım idi.

Əgər IMF-nin proqnozu reallaşarsa, 2020-ci ildə 3,3 faiz azalma ilə 1929-cu ildəki “Böyük depressiya”dan bəri ən kəskin geriləmə yaşanan qlobal iqtisadiyyatda 2021-ci ildə son 40 ilin ən sürətli artımı qeydə alınacaq.

Azvision.az


Teqlər: BVF   İqtisadiyyat  





Xəbər lenti