100 min manatadək olan əmanətlər sığortalanacaq

100 min manatadək olan əmanətlər sığortalanacaq
  06 Aprel 2021    Oxunub:2264
“Əmanətlərin sığortalanması haqqında” qanun yeni dəyişikliklər ilə qüvvəyə minir. Belə ki, bu gündən fiziki şəxslərin bankda olan 100 min manatadək olan əmanətləri sığortalanacaq. Bu zaman milli valyutada olan əmanətlər üzrə qorunan dividend faiz dərəcəsi 12, xarici valyutada isə 2.5 faizdir.
Azvision.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.

Deputat bildirib ki, əmanətçinin bankda olan depozitinin məbləği 100 min manatdan azdırsa, o vəsait tam olaraq sığortalanmış sayılır.

"Bank müflis olan zaman həmin depozit tam olaraq ödənilir. Bu zaman sığortalanan faiz dərəcələri də nəzərə alınır. Bu baxımdan, əgər vətəndaşın pulu 100 min manatdan çoxdursa, o zaman depoziti bölərək ailə üzvlərinin adına yerləşdirməsi və ya bir neçə bankda yerləşdirməsi məqsədəuyğun olar. Digər tərəfdən isə, yüksək dividend faizinə aldanıb depozit yerləşdirmək də riskli hesab olunur. Belə ki, əgər məbləğ 100 min manatdan az olsa belə dividend faizi 12 faizdən çoxdursa, məsələn 13 faizdirsə, o zaman həmin əmanət qorunmayan hesab olunur. Bank müflis olan zaman həmin vəsait qorunan əmanət kimi geri qaytarılmır. Bu baxımdan, əmanətçinin qorunan dividend faizini də nəzərə alması çox vacibdir".

Qeyd edək ki, ölkədə fəaliyyətdə olan banklarda əmanət sahiblərinin 99,8 faizinin depozitləri 100 min manata qədərdir.

Azvision.az


Teqlər: Bank   Əmanət  





Xəbər lenti