Nərminin müalicəsi üçün xeyriyyə konserti keçiriləcək

Nərminin müalicəsi üçün xeyriyyə konserti keçiriləcək
  28 Fevral 2014    Oxunub:2080
Azərbaycanın tanınmış musiqiçiləri Əlixan Səmədov, Kamil Hacıyev, İslam Manafov, Abuzər Manafzadə -Turan Manafzadə, gənc rok ifaçılarından olan, Qara Dərviş adı ilə tanıdığımız Hikmət Poladzadə, həkimlərin qoyduğu səhv diaqnoz nəticəsində həyatla çarpışan 16 yaşlı Nərmin Hüseynli üçün “Xeyriyyə konserti” verəcəklər.

AzVision.az xəbər verir ki, “Yaşamaq üçün bir şans” adlı konsert proqramı martın 2-də Türkiyənin Bahçeşehir Universitetinin konsert zalında baş tutacaq.

Məlumat üçün bildirək ki, bir neçə gündür 16 yaşlı Nərmin Hüseynlinin Türkiyədə müalicəsi üçün dəstək xarakterli aksiyalar keçirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti