İdmançımız növbəti dəfə Avropa çempionu oldu

İdmançımız növbəti dəfə Avropa çempionu oldu
  06 Aprel 2021    Oxunub:2923
Azərbaycanın ağırlıqqaldıranı Boyanka Kostova Rusiyanın paytaxtı Moskvada keçirilən Avropa çempionatında körpücük üzərinə çıxıb.
Azvision.az xəbər verir ki, 59 kq çəki dərəcəsində mübarizə aparan idmançı birdən qaldırmada 95 kq-la bürünc, təkanla qaldırma hərəkətində isə 116 kq-la qızıl medal qazanıb.

Ümumilikdə 211 kq (95 + 116) nəticə göstərən Kostova yekun sıralamada da Avropa çempionatının qızıl medalına yiyələnib.

Qeyd edək ki, yarışda Azərbaycanın daha iki təmsilçisi aprelin 10-da qüvvələrini sınayacaq. Əliş Nəzərov 102 kq çəkidə B, Dadaş Dadaşbəyli isə A qrupunda çıxış edəcək.

Xatırladaq ki, Boyanka Kostova 2012, 2015 və 2016-ci illərdəki Avropa çempionatlarının və 2015-ci ildəki dünya çempionatının da qalibidir.

Azvision.az


Teqlər: Avropa-Çempionatı   Yarış   İdman  





Xəbər lenti