Qanunsuz fəaliyyət göstərən ət satışı mağazası aşkarlandı

Qanunsuz fəaliyyət göstərən ət satışı mağazası aşkarlandı
  06 Aprel 2021    Oxunub:1820
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Azvision.az -a verilən məlumata görə, Tovuz rayonunun Aşağı Öysüzlü kəndində fiziki şəxs Məmmədov Namiq Arif oğluna məxsus ət satışı mağazasında monitorinq keçirilib.

Yoxlama zamanı ətin baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi, eyni zamanda, müəssisədə sanitar-gigiyenik qaydalara riayət olunmadığı, mağazada çalışan işçinin qoruyucu tibbi maskadan, müvafiq geyimdən istifadə etmədiyi və tibbi müayinədən keçmədən işlədiyi aşkar olunub.

Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib, müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların təmin edilməsi üçün icrası məcburi göstərişlər verilib.

Azvision.az


Teqlər: AQTA  





Xəbər lenti