Naxçıvan xofu

Naxçıvan xofu
  28 Fevral 2014    Oxunub:2062
Səməd Canbaxşiyev
Naxçıvan

Naxçıvan və naxçıvanlılar. Nədənsə son günlər, yəni Xocalı faciəsinin yaşandığı günün ildönümündə birdən-birə mediada bu məsələ gündəmə gəldi. Özü də kimlərin - həmişə bu ölkəni bəyənməyib, xaricə üz tutan adamların qələmindən.
Olsun. Onsuz da biz naxçıvanlılar haqqımızda danışılan bu cür hərzə-hədyanlara alışmışıq. Ta o vaxtdan ki, Əbdürrəhman Vəzirov Qarabağ problemində ermənilərə daxildən dəstək verilməsi üçün Moskvanın səyi ilə hakimiyyətə gətirildi. Onda da birinci növbədə Naxçıvana və naxçıvanlılara qarşı təbliğat aparıldı və nəticədə “zərərsiziləşdirilmə” prossesi başa çatandan sonra Qarabağ hissə-hissə ermənilərə verildi.

1990-cı illər hamımızın yaxşı yadındadır. Azərbaycana təzyiq edən əcnəbi qüvvələr, onları daxildən dəstəkləyən xainlər və ölkəni regionlara parçalamaq istəyən seperatçılar. Bu zaman ağır blokada şəraitində yaşayan naxçıvanlılar təkcə ermənilərin Sədərək, Ordubad, Şahbuz istiqamətindən elədikləri hücumun qarşısını almırdı. Həm də daxildə yaşamaq uğrunda mübarizə aparırdı. Ayaz Mütəllibovun “kör bağarsaq” adlandırıb Ermənistan kimi bir təcavüzkarla baş-başa buraxdığı Naxçıvan Heydər Əliyevin siyasi iradəsinə sığınıb döyüşür və yaşayırdı. Hətta ölkədə gedən prosseslərə müdaxilə etməyə də özündə güc tapırdı.

İndi jurnalist bəy kimi kafe, çayxanalarda rahatlıqla otururub nəsə yazmaq asandır. Amma o vaxtkı çətinliyi yaşamaq üçün elə naxçıvanlılar demış, “dux” (3 hərfin kombinasiyasından ibarət başqa söz də işlətmək olardı... yəni “ruh”) lazım idi. Mən olanları sadalamaq istəmirəm, bunlar artıq keçmışdır və hamı da bilir. Ancaq bu gün sürətlə inkişaf edən, bir çox ölkələrin marağını cəlb edən Azərbaycanda baş verən prosseslərdə xoşagəlməz işlərdə naxçıvanlıları günahlandırmaq isə ən azından vicdansızlıqdır. Hərçənd, bu söz indi çoxları üçün adiləşib.

Əgər mühitin sərt təpkisindən bərkiyən, çətinlikdə (blokada şəraitində) birləşməyi bacaran, bir-birinin əlindən tutmağa vərdiş edən naxçıvanlılarda bu hiss hələ də qorunursa, nəyi pisdir ? Biz nə edək ki, 2005 -ci ildə Əli Kərimlinin əmisi oğlu efirə çıxıb öz qohumunu “baqaja” qoyurdu. Əgər kiminsə tamahı iradəsinə güc gəlirsə, bu işdə naxçıvanlıların nə günahı?

Cənab və xanım jurnalistlər , hakimiyyətdə təmsil olunan və sizin yazdığınız kimi, cəmiyyətdə gedən prosseslərə güclü təsir edən naxçıvanlıları saysaq, yəqin ki, bir əlin barmaqlarının sayı qədər olmaz. İndi Azərbaycan hökumətində digər bölgələrdən yetərincə sayda söz və nüfuz sahibi olan məmurlar, vəzifə sahibləri var. Ermənilərdən kim üzr istəmək istəyir, getsin, öz doğmaları kimi onların qarşısında diz çöksün. Bu, onun öz işidir. Amma yarınmaq, yaltaqlanmaq istəyirsinizsə, gedin, başqa bəhanə tapın. Naxçıvanı və naxçıvanlıları təxribata çəkməyin.

Ermənilər əslində sizin kimiləri bu xalqa tanıtdı. “Yüz qram araq, iki `krujka` pivədən ötrü” xalqını ,dövlətini satanları üzə çıxardı. Bu gün hamıya yaxşı məlimdur ki, istər qərbi azərbaycanlılar, istərsə də naxçıvanlılar öz türk mənşəyini, kökünü, etnoqrafiyasını qoruyub saxlaya biliblər. Dövlətçilik ənənələri, tarixi köklərə bağlılıq bu insanlarda çox güclüdür. 200 il ermənilərin içərisində yaşayan Qərbi Azərbaycan türkləri dil, din, adət-ənənəni qoruyub saxlayıblar. Bir tərəfi İran şovinistləri, 3 tərəfi Ermənistan kimi məkrli yağı ilə əhatələnən Naxçıvanda min il əvvəlki adətlər hələ də yaşayır. Burada özünü türk dünyasında hiss edirsən. Türkiyəlilər zarafatla deyir ki, `Biz batıya yox, Doğuya gedəndə - Naxçıvanda müasirliyi ,Avropanı görürük`. Siz isə, vur- tut 20 il müstəqil olandan sonra ingilis, alman, amerikan, hətta fransiz olmaq arzusundasınız.

Biz naxçıvanlılar qanunla bərabər, ictimai qınaqdan da çəkinirik. Hətta “Gülüm Naxçıvan ” deyilən bir ifadə var. Məsələn, özünə hörmət edən heç bir naxçıvanlı Əli Əkbərin profilindəki kimi şəkli paylaşmaz. Ya da Günel Mövluldun yaşadığı intim hissləri yazılarında paylaşmaz. Nə isə...

Narahat olmayın, onsuz da ermənilər də öz saytlarında sizin yazılarınızın mövzusuna uyğun şeylər yazdılar Xocalı faciəsinin ildönümü ərəfəsində.

Yeri gəlmişkən, Əli Əkbər, kim sənə haqq verib ki, Naxçıvanda yaşayan insanların əvəzindən danışasan? `Bəzi naxçıvanlılar da bundan əziyyət çəkir` deməklə, əl yeri qoyursan? Əgər bu gün Naxçıvandan gileylənən naxçıvanlı varsa, o , sadəcə, 1990-cı ildə Naxçıvandan gedən və buralara gəlməyən birisi, ya da Naxçıvanda özünə “yer və iş” tapa bilməyən tənbəldir. Möhtərəmlər, əgər belə narahatsınızsa Naxçıvandan, buyurun, gəlin, baxın və görün ki, təyyarə və yük avtomobilləri ilə daşınan materiallarla necə Naxçıvan qurulub.

Yaxşı tanımadığınız, yalnız özünüz kimi səviyyəsizlərin yazılarından bildiyiniz Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri haqqında hərzə-hədyan danışan sizin kimi cılız insanlarla qarşı kin saxlamır. O, indiyədək heç bir jurnalistdən məhkəməyə şikayət etməyib. Əksinə, ən radikal fikirdə olanlar belə Naxçıvana gəlib qayıdandan sonra ,vicdanı varsa, həqiqətləri etiraf edib.

Ermənilər də naxçıvanlıları özlərinin ən qatı düşməni sayır, Günel Mövlud və Əli Əkbər də... Məntiqlidir. Ermənilərin motivi aydındır. Siz isə cılızlığınız və etiraf edin ki, sifarişlə bu yazılarla cəmiyyəti çaşdırmaq istəyirsiniz. Əgər Xocalı faciəsi bu gün dünyanın bir çox ölkələrinin parlamentlərində soyqırım kimi qəbul edilirsə, bu, sizi narahat eləməsin. Onsuz da ermənilərdən qisas alınacaq. Hər şeyə görə cavab verəcəklər. Naxçıvanlılardan isə qorxmayın. Amma adam kişi olar. Bəlkə də bu ifadə artıq oldu, çünki, yazanların biri, qadındır, biri isə...


Teqlər:  





Xəbər lenti