Azərbaycanla Türkiyə arasında ticarətə dair sənəd imzalandı

 Azərbaycanla Türkiyə arasında ticarətə dair sənəd imzalandı
  02 Aprel 2021    Oxunub:1503
Azərbaycanla Türkiyə arasında rəqəmsal ticarət haqqında Anlaşma Memorandumu imzalanıb.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter"də yazıb.

Nazir bildirib ki, imzalanan sənəd ticarət əlaqələrinin yeni müstəvidə genişləndirilməsinə, mal və xidmətlərin müasir vasitələrlə ticarətinə və ölkələrdə rəqəmsallaşma prosesinin inkişafına təkan verəcək.

Azvision.az


Teqlər: Azərbaycan   Türkiyə   Rəqəmsal   Ticarət  





Xəbər lenti