Dünya Bankından Azərbaycanla bağlı müsbət proqnoz

 Dünya Bankından Azərbaycanla bağlı müsbət proqnoz
  31 Mart 2021    Oxunub:2289
2021-ci ildə Azərbaycanda ümumi daxili məhsulun artımı 2,8 faiz səviyyəsində proqnozlaşdırılır.
Azvision.az xəbər verir ki, bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya iqtisadiyyatının icmalı hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, ötən il ölkə iqtisadiyyatında 4,3 faiz azalma olub. Bundan əlavə, Dünya Bankı Azərbaycanda ümumi daxili məhsulun 2022-ci ildə 3,9 faiz, 2023-cü ildə isə 3,4 faiz artacağını proqnozlaşdırır.

Eyni zamanda Dünya Bankının hesabatına görə, Azərbaycanda 2021-ci ildə inflyasiya 3,9 faiz səviyyəsində proqnozlaşdırılır. Proqnoza əsasən, Azərbaycanda inflyasiya 2022-ci ildə 3,2 faiz, 2023-cü ildə 3 faizədək azalacaq.

Azvision.az


Teqlər: DünyaBankı  





Xəbər lenti