Türkiyəyə güzəştli şərtlərlə məhsul ixracına başlanılıb

   Türkiyəyə güzəştli şərtlərlə məhsul ixracına başlanılıb
  31 Mart 2021    Oxunub:1398
Azərbaycanla Türkiyə Hökuməti arasında imzalanan Preferensial Ticarət Sazişinə əsasən iki ölkə ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektləri cari ilin mart ayının 1-dən illik tarif kvotası çərçivəsində müəyyən olunmuş mallar üzrə güzəştlərdən yararlanmaq imkanı qazanıb.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Azvision.az -a verilən məlumata görə, artıq sahibkarlıq subyektinin xidmətə elektron qaydada daxil olan müraciətinə əsasən 72 620 kq xurma məhsulunun güzəştli şərtlərlə ixracı məqsədilə ilk mənşə sertifikatı təqdim edilib.

İqtisadiyyat Nazirliyi tərəfindən ölkə ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin güzəştli şərtlərlə ixrac əməliyyatlarının həyata keçirilməsi istiqamətində işlər davam etdirilir.

Azvision.az


Teqlər: Azərbaycan   Türkiyə   İxrac  





Xəbər lenti