İrandan Azərbaycana gətirilən darçın yararsız olub

İrandan Azərbaycana gətirilən darçın yararsız olub
  30 Mart 2021    Oxunub:2973
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri zamanı “Fruit-A” MMC tərəfindən İran İslam Respublikasından ölkəmizə idxal edilən 495 kq darçın məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.

Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsul partiyasından götürülən nümunələrin istehlak üçün yararsız olduğu aşkarlanıb.

Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Azvision.az


Teqlər: AQTA   İran   Darçın  





Xəbər lenti