Yaxşı qonşusunuzmu? – TEST

  27 Mart 2013    Oxunub : 392
Yaxşı qonşusunuzmu? – TEST
Bəzən qapıbir qonşular bir-birlərini heç tanımır, bəzənsə “mənim qonşumdan yoxdur” deyib, qonşusunu yaxın qohumundan üstün tutur. Bəs siz necə, yaxşı qonşusunuzmu?

AzVision.az-ın təqdim etdiyi testdən keçməklə bunu asanlıqla müəyyən edə bilərsiniz. Bunun üçün seçdiyiniz cavablara uyğun balları toplamaq kifayətdir.
1. Qonşu mənzilə yeni insanlar köçür. Buna münasibətiniz?

a) Yaxşıdır: gedib tanış olaram, kömək təklif edərəm.
b) Neytraldır: yaxşısı budur, özləri gəlib tanış olsunlar
c) Mənfidir: yenə təmir işləri başlayacaq, səs-küy yaranacaq...

2. Qonşular şəxsi problemlərini haray-qışqırıqla həll edirlər. Sizin münasibətiniz?

a) Çalışıram ki, müəyyən üsullarla, ən azı söhbət etməklə onlara yardımçı olum.
b) Fikir verməməyə çalışıram. Ola bilər ki, onlara yaxınlaşıb nəzakətlə bir-birilərinə hörmət etmələrini və səs- küy salmamalarını xahiş edim.
c) Polis çağırmaqla hədələyərəm.

3.Qonşularınızın həyatını yaxınlarınızla müzakirə edirsinizmi?

а) Heç vaxt, çünki onların şəxsi həyatları mənə məlum deyil. Heç nə bilmirəm və bilmək də istəmirəm.
b) Bəzən qonşularımın həyatından gülməli anları yaxınlarımla xatırlamaqla əylənirəm.
c) Tez-tez. Onların hərəkətlərindən narazı qaldığım hallarda hirsimi bu yolla soyuduram.

4. Yeni mebel alan qonşunuz köhnəsini ucuz qiymətə sizə satmaq istəyir. Sizcə, nəyə görə?

a) Onlar sizə yaxşılıq etmək istəyir
b) Köhnə mebellərini elə-belə çölə atmaq istəmirlər, “qənimətdi”, deyib, az da olsa pul qazanmaq istəyirlər.
c) Onlar sizi kasıb hesab edir, buna görə də kömək etməyə çalışırlar.

5. Qonşunuzun evinə polis və ya xüsusi xidmət orqanının əməkdaşı girdiyini görsəydiniz, nə edərdiniz?

a) Dərhal onun evinə gedərdim. Birdən köməyə ehtiyacı olar.
b) Polislər edəndən sonra mütləq gedərdim, görüm nə baş verib.
c) Sakitcə öz işimlə məşğul olardım

6. Əgər qonşunuz sizdən bir müddət onun ev heyvanına baxmağı və ya güllərini sulamağı xahiş edərsə, siz...

a) Həmən razılaşarsınız, çünki nə vaxtsa sizin də ona işiniz düşə bilər.
b) Etiraz etməzdiniz, amma bu, sizin üçün arzuolunmaz bir haldır.
c) Qəti şəkildə etiraz edərsiniz, çünki bu, onun öz problemidir.

7. Qonşunun uşağının pis mühitə düşdüyünü bilirsiniz. Nə edərdiniz?

a) Dərhal valideynlərinə xəbər verərəm.
b) İmkan düşərsə, vaideynlərindən biri ilə bu barədə söhbət edə bilərəm.
c) Mənə maraqlı deyil.

8. Qonaqlarınız hündürdən danışır, saat isə 23:00-ı keçib. Qonşularınızın “səs-küyü kəsin!” tələbinə münasibətiniz?

а) Qonaqlarımdan sakit davranmalarını xahiş edərəm.
b) Qonşuma da bizə qonaq olmağı təklif edərəm.
c) Nə telefon, nə də qapı zənglərinə əhəmiyyət vermərəm.

9. Lazım olanda qənd, çörək və hətta bir az pul istəyə biləcəyiniz bir qonşunuz varmı?

a) Bəli, hətta bir neçə.
b) Deyə bilmərəm. Heç vaxt kimsədən bir şey istəməmişəm.
c) Heç vaxt qonşudan kömək istəmərəm.

Ballarınızı hesablayın:



1 2 3 4 5 6 7 8 9

a 7 0 0 2 7 6 7 0 6
b 0 5 4 0 4 0 4 7 0
c 2 3 6 7 0 3 0 2 2


58-48 bal: Çox güman ki, qonşularınız sizin hər işə qarışan biri olduğunuzu düşünür. Çalışın, hadisələrə bir qədər laqeyd olasınız. Yeri gəldi-gəlmədi qonşularınız işlərinə müdaxilə etməkdən çəkinin.

47-20 bal: Çox güman ki, yaxşı qonşusunuz. Sizin kimi bir insan qızıldan qiymətli vaxtını qonşusuna sərf etməyə, onu dinləməyə, məsləhət və ya təsəlli verməyə hazırdır. Siz qonşunun sirrini saxlaya bilirsiniz.

0-19 bal: Sizin də özünüzü yaxşı qonşu hesab etməyə haqqınız var. Məsələ burasındadır ki, yaxşı qonşu heç də hər zaman köməyə hazır olan deyil, sizin güman etmədiyiniz biri də ola bilər. Ehtiyac olduğunda ona etibar etmək olar. Siz də məhz belələrindənsiniz.

Teqlər: