“Bizim üçün vacib test olacaq” - Canni De Byazi
"Serbiya ilə oyunöncəsi bizim üçün vacib test olacaq. Portuqaliya qarşılaşmasından sonra bu oyun komandamızın inkişaf etməsinə daha çox kömək edəcək" - deyən Byazinin sözlərinə görə, qısa zaman ərzində fərqli oyun tərzi hazırlamaq mümkün deyil:
"Portuqaliya ilə oyundan öncə futbolçulara qələbə qazanmaq istədiyimi bildirim. Bununla belə, ilk hissə ilə müqayisədə, ikinci hissədə meydanda tam fərqli oyun nümayiş etdirməyi bacardıq. Sabahkı oyunda bəzi digər oyunçulara şans verə bilərəm. 30 nəfərlik geniş heyətə malikik və bütün oyunçular tam hazırdır”.
Qeyd edək ki, Azərbaycan-Qətər görüşü martın 27-də Macarıstanın Debretsen şəhərindəki “Nadyerdei” stadionunda keçiriləcək.
Azvision.az
Teqlər: CanniDeByazi