“Azərbaycan Portuqaliyaya qarşı yaxşı oynadı” - Qətərin baş məşqçisi

“Azərbaycan Portuqaliyaya qarşı yaxşı oynadı” -    Qətərin baş məşqçisi
  26 Mart 2021    Oxunub:3383
“Qrupda keçirəcəyimiz hər bir oyun bizim üçün əhəmiyyətlidir. Azərbaycan millisi Portuqaliya ilə matçda yaxşı oyun nümayiş etdirdi. Gənc və istedadlı futbolçulara malik olduqlarını bilirik. Xüsusən, fiziki cəhətdən daha yaxşı təsir bağışlayırlar. Ancaq hər oyunun ssenarisi eyni olmur”.
Azvision.az xəbər verir ki, bu sözləri Qətər millisinin baş məşqçisi Feliks Sançez Azərbaycan yığması ilə yoxlama oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

"Bizi çətin oyun gözləyir. Futbolçularımızı inkişaf etdirmək, yüksək səviyyəyə çatdırmaq üçün qrupda keçirəcəyimiz hər bir oyun bizə əlavə təcrübə qazandıracaq. Düşünürəm ki, ilk oyunda – Lülsemburq yığması ilə görüşdə futbolçularım çox yaxşı oynadılar. Yenə müdafiədə diqqətli olmalı, daha çox hücum futbolu nümayiş etdirməliyik. Sabah keçirəcəyimiz oyuna tam hazırıq. Bu cür oyunlar heyətdə eksperiment aparmaq baxımından da məşqçilər üçün bir fürsətdir” - deyə baş məşqçi bildirib.

Qeyd edək ki, Azərbaycan-Qətər görüşü martın 27-də Macarıstanın Debretsen şəhərindəki “Nadyerdei” stadionunda keçiriləcək.

Azvision.az


Teqlər: Qətər   Milli   Komanda  





Xəbər lenti