“Böyük dəbilqə”də 7 cüdoçumuz mübarizəyə başlayır

“Böyük dəbilqə”də 7 cüdoçumuz mübarizəyə başlayır
  26 Mart 2021    Oxunub:2303
Martın 26-da Tbilisidə start götürən “Böyük dəbilqə” turnirinin birinci günündə Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır.
Azvision.az xəbər verir ki, kişilər arasında 60 kiloqram çəki dərəcəsində yarışan Oruc Vəlizadə Oleq Veredıba (Ukrayna), Kəramət Hüseynov Rodriqo Lopes (Portuqaliya) ilə güclərini sınayacaqlar. Digər kişi cüdoçumuz Yaşar Nəcəfov (66 kq) isə ilk qarşılaşmasını Orlando Polankoya (Kuba) qarşı keçirəcək.

Qadınların mübarizəsində Aişə Qurbanlı slovakiyalı Marusa Stanqar, Leyla Əliyeva (hər ikisi 48 kq) türkiyəli Gülkader Şentürk, Gültac Məmmədəliyeva amerikalı Anjelika Delqado, Şəfəq Məmmədova (hər ikisi 52 kq) Yasmin Cavadyan (Böyük Britaniya) ilə güclərini sınayacaqlar.

Martın 28-dək davam edəcək turnirdə Azərbaycan ümumilikdə 11 cüdoçu ilə təmsil olunur.

Azvision.az


Teqlər: Böyük-Dəbilqə   Cüdoçu  





Xəbər lenti