ABŞ Rusiyadan neft alışını artırıb

 ABŞ Rusiyadan neft alışını artırıb
  25 Mart 2021    Oxunub:1800
ABŞ 2020-ci ildə Rusiyadan neft və neft məhsulları idxalını əhəmiyyətli dərəcədə artırıb. Azvision.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Qeyd edilib ki, 2020-ci ildə Rusiya ABŞ-a gündəlik 538 min barel neft və neft məhsulları, Səudiyyə Ərəbistanı isə 522 min barel tədarük edib.
Əvvəlki 10 il ərzində ABŞ idxalında Rusiya neft və neft məhsullarının payı 0,5 faizə yaxın olub, 2020-ci ildə isə bu, 7 faiz təşkil edib. Bu göstərici 2011-ci ildən sonra ən yüksəkdir. Həmin il ABŞ-ın Rusiyadan neft və neft məhsulu idxalı sutkalıq 624 min barel təşkil edib.

Eyni zamanda, “Bloomberg” Amerika tərəfinin Rusiyadan daha çox mazut aldığını yazıb. Bu məhsul ABŞ-da benzin zavodlarının işini davam etdirmək üçün istifadə olunur.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: neft   Rusiya   ABŞ  





Xəbər lenti