Millimiz Portuqaliyaya uduzdu - YENİLƏNİB

 Millimiz Portuqaliyaya uduzdu -  YENİLƏNİB
  25 Mart 2021    Oxunub:6111
Futbol üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxıb.
Azvision.az xəbər verir ki, komandamız İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda Portuqaliya yığması ilə qarşılaşıb.

Görüş millimizin minimal hesablı məğlubiyyətilə başa çatıb. Oyunda yeganə qolu 36-cı dəqiqədə komandamızın kapitanı Maksim Medvedev səhvən öz qapısına vurub.

Matçı almaniyalı hakimlər briqadası idarə edib. Oyunun baş hakimi Daniel Siebert olub. Ona həmyerliləri Jan Seidel və Rafael Foltin kömək ediblər. Dördüncü hakim funksiyasını Saşa Stegemann yerinə yetirib.

Xatırladaq ki, yığma komandamız seçmə mərhələnin "A" qrupunda Portuqaliya millisi ilə yanaşı, Serbiya, İrlandiya və Lüksemburq komandaları ilə mübarizə aparacaq. Yığmamız növbəti oyununu martın 30-da Bakıda Serbiya seçməsinə qarşı keçirəcək.

****

Bu gün futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində üz-üzə gələcək Portuqaliya və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb.

Millimizin start heyətində Şahruddin Məhəmmədəliyev, Azər Salahlı, Anton Krivotsyuk, Elvin Bədəlov, Bədavi Hüseynov, Maksim Medvedev, Abbas Hüseynov, Vüqar Mustafayev, Emin Mahmudov, Mahir Emreli və Əli Qurbani yer alıblar.

Portuqaliya seçməsinin ilk on birliyində isə meydana Antoni Lopeş, Dominquş Duarte, Ruben Diaş, Nunu Mendeş, Kriştiano Ronaldo, Joau Moutinyu, Ruben Neveş, Pedru Netu, Andre Silva, Bernardu Silva və Juan Kanselu çıxacaqlar.

Qeyd edək ki, matç İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda keçiriləcək və Bakı vaxtı ilə 23:45-də start götürəcək. Görüş "CBC Sport" kanalı ilə canlı yayımlanacaq.

Azvision.az


Teqlər: Futbol   Milli   Komanda   Portuqaliya  





Xəbər lenti