Mbappe rekorda imza atdı

Mbappe rekorda imza atdı
  23 Mart 2021    Oxunub:2233
Futbol üzrə Fransa Birinci Liqasının 30-cu turunda "Pari Sen-Jermen" (PSJ) "Lion"un qonağı olub.
Görüş Liondakı "Stad de Lümer" stadionunda keçirilib və qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb. Qalib komandanın heyətində Kilian Mbappe dubl edib, digər qolları Danilu və Anxel Di Mariya vurub. "Lion"un heyətində isə İslam Slimani və Maksvell Korne fərqləniblər.

Qeyd edək ki, bununla 22 yaşlı Mbappe rekorda imza atıb. O, Fransa çempionatında özünün 100-cü qolunu vurub. Mbappe bu göstəriciyə nail olan ən gənc futbolçudur.

Ümumilikdə isə Mbappe Birinci Liqanın cari mövsümündə 24 matçda iştirak edib və 18 qol vurub, həmçinin 6 məhsuldar ötürmə edib.

Azvision.az


Teqlər: Mbappe  





Xəbər lenti