Slovakiya-Azərbaycan oyununu finlandiyalı hakimlər idarə edəcək

Slovakiya-Azərbaycan oyununu finlandiyalı hakimlər idarə edəcək
  23 Mart 2021    Oxunub:2018
Futzal üzrə Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Slovakiya yığma komandasına qarşı keçirəcək oyununu idarə edəcək hakimlər açıqlanıb.
Azvision.az xəbər verir ki, qarşılaşmanı Finlandiyadan olan hakimlər idarə edəcəklər.

Matçın baş hakimi Kirill Naishouler olacaq. Ona həmyerlisi Arttu Kyynaeraeinen və slovakiyalı Martin Matula kömək edəcəklər. Qarşılaşmanın saniyəölçəni Slovakiya Futzal Federasiyasının nümayəndəsi Miroslav Jezik, hakim-inspektoru isə belçikalı Perri Gautier olacaq.

Qeyd edək ki, Slovakiya-Azərbaycan oyunu aprelin 8-də Levice şəhərindəki idman zalında keçiriləcək.

Azvision.az


Teqlər: Futzal   Azərbaycan   Slovakiya  





Xəbər lenti