Millimizin heyətində ciddi itki

Millimizin heyətində ciddi itki
  21 Mart 2021    Oxunub:1921
DÇ-2022-nin seçmə mərhələsinin oyunlarına hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
Azvision.az AFFA-nın saytına istinadən xəbər verir ki, "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev zədəli olduğundan milli komanda ilə birgə səfərə yollana bilməyəcək.

Xatırladaq ki, millimiz Portuqaliya yığması ilə martın 24-də keçiriləcək qarşılaşma üçün sabah - martın 22-də İtaliyanın Turin şəhərinə yola düşəcək.

Azvision.az


Teqlər: AFFA  





Xəbər lenti