Tokio Olimpiadasına əcnəbi azarkeşlər buraxılmayacaq

Tokio Olimpiadasına əcnəbi azarkeşlər buraxılmayacaq
  21 Mart 2021    Oxunub:2535
Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarına əcnəbi azarkeşlər buraxılmayacaq.
Azvision.az xəbər verir ki, bununla bağlı qərar Beynəlxalq Olimpiya Komitəsinin (BOK), Beynəlxalq Paralimpiya Komitəsinin (BPK), Yaponiya hökumətinin, Oyunların təşkilat komitəsinin və Tokio administrasiyasının iştirakı ilə keçirilən görüşdə qəbul edilib.

Yaponiya rəsmiləri bəyan ediblər ki, hazırkı şəraitdə əcnəbi tamaşaçıların ölkəyə buraxılması böyük fəsadlar törədə bilər. BOK və BPK rəsmiləri Yaponiya tərəfinin qərarına hörmətlə yanaşıdıqlarını bildiriblər.

Qeyd edək ki, Olimpiya oyunlarının bu il iyulun 23-də, Paralimpiya oyunlarının isə avqustun 24-də başlanacağı gözlənilir.

Azvision.az


Teqlər: Tokio   Olimpiada  





Xəbər lenti