Naxçıvanda 31 milyondan çox kredit verilib

Naxçıvanda 31 milyondan çox kredit verilib
  20 Mart 2021    Oxunub:1994
2021-ci ilin yanvar-fevral aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 31 milyon 8 min 200 manat məbləğində kreditlər verilib.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Qeyd olunub ki, bu, bir il öncəki göstəricidən 12,1 faiz çoxdur. Verilmiş kreditlərin 6 milyon 850 min 600 manatı və yaxud 22,1 faizi qısamüddətli, 24 milyon 157 min 600 manatı və yaxud 77,9 faizi uzunmüddətli kreditlər olub.

Azvision.az


Teqlər: Naxçıvan   Bank   Kredit  





Xəbər lenti