Yunan-Roma güləşçilərimiz mübarizəyə başlayır

Yunan-Roma güləşçilərimiz mübarizəyə başlayır
  20 Mart 2021    Oxunub:1991
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa Olimpiya təsnifat turniri davam edir.
Azvision.az xəbər verir ki, bu gün yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaqlar.

Turnirdə 6 güləşçimiz iştirak edəcək. Onlardan biri təsnifat, beşi isə 1/8 finaldan turnirdən mübarizəyə qoşulacaq. Belə ki, Murad Məmmədov (60 kq) litvalı Justas Petraviçyus, İslambek Dadov (67 kq) Mihay Mihut (Rumıniya), Sənan Süleymanov (77 kq) Moldova idmançısı Aleksandrin Qutu, İslam Abbasov (87 kq) Şimon Şimonoviç (Polşa) - Daniel Aleksandrov (Bolqarıstan) cütünün qalibi ilə, Murad Lokyayev (97 kq) yunanıstanlı Laokratis Kesidis, Beka Kandelaki (130 kq) isə Aleksandros Papadatos (Yunanıstan) ilə qarşılaşacaq.

Bu gün, həmçinin qadın güləşçilər arasında medal görüşləri keçiriləcək. Leyla Qurbanova (53 kq) və Elis Manolova (68 kq) bürünc medal uğrunda mübarizə aparacaqlar. Alyona Kolesnik (57 kq) və Tatyana Omelçenko (62 kq) isə təsəlliverici görüşlərdə iştirak edəcəklər.

Azərbaycan millisi Avropa Olimpiya təsnifat turnirində 4 medal qazanıb. Sərbəst güləşçilərdən Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) gümüş, İslam Bazarqanov (57 kq) və Camaləddin Məhəmmədov (125 kq) isə bürünc medala yiyələniblər. H.Əliyev və H.Hacıyev, eyni zamanda, "Tokio-2020" Yay Olimpiya Oyunlarına lisenziya əldə ediblər.

Azvision.az


Teqlər: Güləş   Macarıstan   Yarış  





Xəbər lenti